Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bu, əldə edilə bilən maksimum nəticədir

.

10.08.2022 15:40
10
A+
A-

Niderlandda enerji istehsalı və təchizatı sahəsində çətin danışıqlardan sonra “FNV” həmkarlar ittifaqı üzvlərindən 2022-ci il mayın 1-dən əməkhaqqının 4% artırılmasını nəzərdə tutan kollektiv müqaviləyə səs vermələrini xahiş edir. Müqavilə 2023-cü il iyulun 1-dək 14 ay müddətində qüvvədə olacaq və bir sıra təklifləri özündə əks etdirir.

Müzakirə üçün əsas mövzular iş yükü, yaşlı işçilərə qarşı siyasət və texniki kadr çatışmazlığının necə həll olunacağı ilə bağlı olacaq. Eyni zamanda analığın mühafizəsi haqqında qanunun müzakirəsi də asan olmayıb, burada “FNV” və “NU’91” həmkarlar ittifaqının üzvləri 18 aylıq yeni sazişi nəzərdən keçiriblər. Saziş 2022-ci il yanvarın 1-dən 2023-cü il iyunun 30-dək qüvvədədir. İlk 3 faizlik maaş artımı 2022-ci il martın 1-dən həyata keçirilib, ikinci 2 faizlik maaş artımı isə 2023-cü il fevralın 1-dən tətbiq olunacaq. Nümayəndə heyəti hesab edir ki, bu, əldə edilə bilən maksimum nəticədir.

 

ETİKETLƏR: