Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yaponiyada himnimizi səsləndirdi

.

24.08.2022 11:53
10
A+
A-

“Azəraeronaviqasiya” Hava Hərəkətləri İdarəsi Həmkarlar İttifaqı Komitəsinin üzvü, radionaviqasiya üzrə texnik Əliyev Fuad Sədi oğlu avqustun 5-6-da Yaponiyada keçirilmiş “15th W.S.K.F. World Championships” Shotokan Karate - Do üzrə dünya çempionatında 75 kq. çəki dərəcəsində iştirak etmiş, birinci yer tutaraq dünya çempionu adını qazanmışdır. İdmançımıza 2020-ci ildə təqdim edilməli olan Karate üzrə 3-cü dan qara kəmər titulunun təqdim olunması mərasimi keçirilmişdir.

Mərasimdə ona həmçinin Fəxri diplom təqdim olunmuşdur. Fuad Əliyev beynəlxalq idman arenasında Azərbaycan Respublikasının Bayrağını yüksəklərə ucaltmış, himnimizin səslənməsinə nail olmuşdur. Çempionumuzu qələbə münasibətilə ürəkdən təbrik edir, ona daha böyük nailiyyətlər arzulayırıq.

ETİKETLƏR: