Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gənc üzvlərə diqqət yetirilməsi

.

31.08.2022 12:21
2
A+
A-

Beynəlxalq Gənclər Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilmiş məlumatlandırma günüdür. Bu günün məqsədi gəncləri əhatə edən bir sıra mədəni və hüquqi məsələlərə diqqəti cəlb etməkdir.

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 Avqust - Beynəlxalq Gənclər Günü elan edilir. Və həmin tarixdən etibarən hər il avqustun 12-nin bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb.

Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.

Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Birliyi Gənclər Şəbəkəsi 2010-cu ildən fəaliyyət göstərir. Gənclər və iş yerləri ilə bağlı problemlər haqqında məlumatlılığı artırmaq üçün həmişə bu gündən istifadə edir.

Bu il şəbəkə həmkarlar ittifaqlarının gənc üzvlərə diqqət yetirməsinin zəruriliyini vurğulamaq üçün sosial mediada geniş şəkildə video paylaşıb.

ETİKETLƏR: