Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşçilər üçün əməkhaqqının artırılması

.

31.08.2022 12:25
3
A+
A-

Avropa şirkətləri səhmdarlarına inflyasiya ilə bağlı dividendlər ödəyərkən, yaşayış minimumu böhranının öhdəsindən gəlmək üçün mübarizə aparan işçilərə layiqli maaş artımı ala bilməyəcəklər.

Bu yaxınlarda açıqlanan “Janus Henderson” qlobal dividend indeksinə əsasən, Avropada səhmdarlara ödənişin dəyəri bu ilin ikinci rübündə 28,6% artıb. Avropa Mərkəzi Bankı bildirib ki, rəqəmlər bir daha inflyasiyaya əməkhaqqının deyil, korporativ mənfəətin səbəb olduğunu göstərir.

Dividendlərin və əməkhaqqının ödənildiyi dərəcələr arasındakı fərq də bütün Avropada rəhbərlər və ya səhmdarlar tərəfindən deyil, işçilər tərəfindən əldə edilən ÜDM-in payının azalmasına kömək edir.

Eyni zamanda şirkətlər gələcəyə sərmayə qoya bilmir və özəl investisiya hələ də pandemiyadan əvvəlki səviyyədən geri qalır.

Buna görə də Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ETUC) Avropa hökumətlərini  izafi mənfəət vergisi tətbiq etməyə, dividendləri məhdudlaşdırmaq üçün tədbirlər görməyə və işçilərin ədalətli pay əldə etmələrinin ən yaxşı yolu kimi kollektiv danışıqlara dəstək verməyə çağırır.

ETUC baş katibinin müavini Ester Linç deyib ki, bu rəqəmlərə yaşayış minimumu böhranı ilə mübarizə aparan milyonlarla işçi üçün inanmaq çətin olacaq. Aydındır ki, yenə varlılar üçün bir qayda, kasıblar üçün başqa qayda var.

Bu, ikiqat təhqirdir, çünki şirkətlər işçilərə layiqli maaş artımını təmin edə bilmir, eyni zamanda onların mövcud maaşlarını daha da dəyərsizləşdirir və inflyasiyaya səbəb olur.

Yalana son qoymağın vaxtı çatıb. Bizə işçilər üçün ədalətli əməkhaqqının artırılması lazımdır.

ETİKETLƏR: