Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

.

14.09.2022 11:43
4
A+
A-

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Gəncə və Şəki şəhərlərində təqdimatı keçirilib.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimlərində rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı TİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, təşkilat şöbəsinin müdiri Emil Rüstəmov və AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev çıxış ediblər. Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir-birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-iqtisadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ETİKETLƏR: