Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni ictimai müqaviləyə ehtiyac var

.

14.09.2022 13:02
4
A+
A-

Beynəlxalq Əmək Təşkilatı, “Walk Free”  və Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, aparılan hesablamaya əsasən, son beş ildə məcburi əmək və məcburi nikahların sayı əhəmiyyətli dərəcədə artıb.

49,6 milyon insanın hər gün kölə şəraitində yaşadığını göstərən  yeni qlobal hesablama bu qalmaqala son qoymaq üçün təcili beynəlxalq tədbirlərə ehtiyac olduğunu qaçılmaz edir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrou deyib ki, nəticələr çox dəhşətlidir. Bu insanların gündəlik həyatının nəyə bənzədiyini təsəvvür etmək mümkün deyil və sayın artmaqda davam etməsi qəbuledilməzdir. 

Bu hesabatda çoxlu yaxşı tövsiyə var, xüsusən də işçilərin birləşmək və kollektiv şəkildə sövdələşmək azadlığına hörmətin məcburi əməkdən azad bir dünya üçün ilkin şərt olduğunu etiraf etmək. Həmçinin işçilərə azadlıqlarını itirməkdən və müasir köləliyə düşməkdən qaçmaq üçün lazım olan gəlir təminatını verəcək universal sosial müdafiə.

Təhlükəsiz iş yerləri, ədalətli əməkhaqqı, bərabərlik və inklüzivlik yeni ictimai müqavilənin əsas hissələridir. İndi bizə yeni ictimai müqavilə lazımdır ki, hakimiyyəti zəhmətkeşlərə çatdıraq, müasir köləliyin qlobal qalmaqalının güclənməsinə gətirib çıxaran indiki iqtisadi nizamın vurduğu zərəri aradan qaldırmağa başlasınlar.

Təcili olaraq biz təchizat zəncirlərində məcburi əməkdən və digər pozuntulardan istifadə edilməsini istisna etmək üçün şirkətləri məcburi yoxlamaya çağırırıq. Eləcə də milli hökumətlərə müraciət edirik ki, onlar əmək bazarını ciddi icra və sanksiyalar vasitəsilə tənzimləsinlər.

Hesabatda həmçinin tələb olunur:

-İş yerlərinə ədalətli və etik qəbul;

-dövlət əmək müfəttişliklərinin gücləndirilməsi;

-miqrantların məcburi əmək və insan alverinə həssaslığının aradan qaldırılması üçün tədbirlər;

-məcburi əməyə cəlb edilmiş uşaqların probleminin həlli üçün tədbirlər;

-dövlət tərəfindən tətbiq edilən məcburi əməyə son qoyulması;

-tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq;

-məcburi nikah qurbanlarına milli qanunvericilikdə adekvat mülki və cinayət işləri üzrə hüquqi yardım göstərilməsi;

-qadınlar və qızlar üçün agentliyin yaradılmasına investisiya.

Hesabatdan məlum olub:

-hazırda kölə vəziyyətində olanların 27,6 milyonu məcburi əməyin, 22 milyonu isə məcburi nikahın payına düşür və demək olar ki, bu dünyada hər 150 nəfərdən birini təşkil edir;

-dünyanın heç bir regionu məcburi əməkdən azad deyil və məcburi əmək ölkənin sərvətindən asılı olmayaraq narahatlıq doğurur;

-məcburi əməyin böyük hissəsi özəl iqtisadiyyatda baş verir və onun, demək olar ki, bütün hissələrinə təsir göstərir;

-3,3 milyon uşaq məcburi əməyin təsiri altındadır;

-qadınların ailə üzvlərinə qarşı münasibətdə fiziki və cinsi zorakılıq və təhdidlərə məruz qalma ehtimalı kişilərə nisbətən daha çoxdur;

-miqrant işçilərin məcburi əməyə cəlb olunma ehtimalı digər işçilərə nisbətən üç dəfə çoxdur.

Məcburi nikahlar dünyanın bütün regionlarında baş verir. Məcburiyyət yolu ilə nikaha daxil olan şəxslərin üçdə iki hissəsindən çoxunu qadınlar təşkil edir.

Hesabatda məcburi nikah və məcburi əmək insanın hədə-qorxu, zorakılıq, aldatma, səlahiyyətdən sui-istifadə və ya digər məcburetmə formaları səbəbindən imtina edə bilmədiyi və ya imtina edə bilməyəcəyi istismar halları kimi müəyyən edilir.

 

ETİKETLƏR: