Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məhkəmənin qərarı ləğv etməsi alqışlanılır

.

14.09.2022 13:04
6
A+
A-

Sentyabrın 12-də Fransa məhkəməsi “FO”, “CFDT” və “CGT” həmkarlar ittifaqlarının xeyrinə qərar çıxarıb. 2019-cu ildə Fransanın transmilli şirkəti olan “ORPEA”nın keçirdiyi seçkilərin nəticəsini ləğv edib və qərara alıb ki, yeni seçkilər keçirilməlidir. Bu nəticə İctimai Xidmət İnternasionalı (PSİ) və Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Birliyi (EPSU) üzv təşkilatlarının uzun müddət davam edən strategiyasının bir hissəsi idi.

PSİ və EPSU üzv təşkilatları özəl qayğı şirkətində (“ORPEA”) həmkarlar ittifaqı üzvlərinin əksəriyyətini təmsil edir və uzun illər ərzində İşçi Şurasının yaradılması və təqiblərə məruz qalmış alman həmkarlar ittifaqı fəalının yenidən vəzifəyə bərpa olunması uğrunda mübarizə də daxil olmaqla, hüquqların müdafiəsi üzrə təşkilatçılıq və həmkarlar ittifaqı strategiyasını həyata keçirir.

2019-cu il seçkilərinin ləğvi ilə bağlı məhkəmə qərarı UniGlobal-ORPEA müqaviləsinin legitimliyini daha da şübhə altına alır.  Çünki o, təmsilçi statusu şübhə altında olan həmkarlar ittifaqlarının dəstəyinə əsaslanır və şirkət rəhbərliyinin menecerlə anlaşdığı sübut olunur. Məhkəmə qərarına əsasən, həmin vaxt onların müqaviləni təsdiqləmək üçün heç bir hüquqi əsası olmayıb.

PSİ-nin Baş katibi Roza Pavanelli həmkarlar ittifaqlarını qələbə münasibətilə təbrik edərək deyib ki, “ORPEA” işi bir daha göstərir ki, korrupsioner korporativ menecerlərlə “işbirliyi” işçilər üçün dəyişiklik gətirmək yolu deyil. Bunun əvəzinə şirkətin cinayətlərini, xəstələrə və ön xətt işçilərinə qarşı fırıldaqçılığı və ağır şərtləri cəsarətlə ifşa etməklə bizim fransız təşkilatlarımız sui-istifadə və maliyyə cinayətləri ilə bağlı məhkəmə araşdırmalarının başlanmasına yardım göstərmiş, saxta həmkarlar ittifaqı seçkilərinin ləğvinə nail olmuşdur. Bununla da ictimai səhiyyə sistemlərinin maliyyələşdirilməsini artırmaq üçün siyasi zəmanətlər qazandılar və xüsusilə kommersiya səhiyyə operatorları üçün siyasi dəyişiklik çağırışları etdilər.

PSİ təşkilatın güclü tərəfdarıdır, lakin bu, rəhbərliyin cibində olmayan müstəqil həmkarlar ittifaqlarında mütəşəkkil işçilərin əksəriyyətinin dəstəyi ilə aşağıdan yuxarıya doğru aparılmalıdır. Bu məhkəmə işinin göstərdiyi kimi, qalan hər şey qeyri-qanunidir, dayanıqlı deyil, işçilər üçün zərərlidir və həqiqi həmkarlar ittifaqının fəaliyyətini xeyli çətinləşdirir.

ETİKETLƏR: