Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Gənclik Düşərgəsi”nə start verilib

.

14.09.2022 13:58
4
A+
A-

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə “Ağbulaq” İstirahət Mərkəzində “Gənclik Düşərgəsi”nə start verilib. 5 gün ərzində 50 nəfər gəncin iştirakı ilə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcək düşərgənin ilk günü “Şəbəkələşmə günü” adı ilə təşkil edilib.

İstirahət Mərkəzi ilə tanış olan və təlimatlandırılan iştirakçılar komandalara bölünüb və onlar üçün tapşırıqlar müəyyənləşdirilib.

Sonra isə intellektual oyun, komanda təqdimatları saatı və “Xoş gəldin” partisi təşkil olunub.

ETİKETLƏR: