Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid ailələrinə, qazilərə diqqət və qayğı borcumuzdur

.

14.09.2022 14:00
1
A+
A-

Vətən müharibəsi dövründə və müharibədən sonrakı dövrlərdə AHİK və onun üzv təşkilatları, həmkarlar ittifaqı komitələri daim dövlətimizin və ordumuzun yanında olub, milli həmrəylik nümayiş etdiriblər. Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə, onların ailələrinə, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi başlıca istiqamətə çevrilib.

Bu baxımdan TİAHİ Tovuz Rayon Komitəsi də şəhid ailələrinə və qazilələrə daim diqqət və qayğı ilə yanaşır, köməyini onlardan heç zaman əsirgəmir. Yeni tədris ilində Rayon Komitəsi şəhid uşaqlarını çanta və məktəb ləvazimatları ilə təmin etmişdir. Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvlərinin sağlamlıqlarının bərpa olunması məqsədilə sanatoriya-kurort yollayışları ilə güzəştli şərtlərə təmin olunmuşlar. Vətənimizin bütövlüyü uğrunda canından keçən, sağlamlığını itirən şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğı göstərmək borcumuzdur.

Flora PƏNAHOVA,

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin sədri

ETİKETLƏR: