Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kitabların təqdimatı olub

.

22.09.2022 11:26
4
A+
A-

Sentyabrın 19-da Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin (HİB) təşkilatçılığı ilə Bakı Şəhər Mərkəzi Gömrük Hospitalında Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə AHİK tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi” və “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının təqdimatı olub.

Təqdimat mərasimində Gömrük İşçiləri HİB-in sədri Səfər İbrahimov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev, HİB-in ilk təşkilatının sədrləri və Hİ fəalları iştirak ediblər.

Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş zabit və əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub.

E.Şahverdiyev tədbir iştirakçılarına AHİK sədri, Milli Məclisin deputatı    Səttar Möhbalıyevin salamlarını çatdırıb və Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.

Sonra kitabın təqdimatı ilə bağlı Dayanıqlı İnkişafın 17 Məqsədi, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində milli tədbirlər və irəliləyişlər barədə məlumat verilib. Dayanıqlı sosial inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bu istiqamətdə Azərbaycanda bir-birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Məhz bunun nəticəsidir ki, ölkəmizin davamlı sosial-iqtisadi inkişafı təmin edilir.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.

ETİKETLƏR: