Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəffaflıq əməkhaqqında gender bərabərsizliyini   azaltmağa yönəlib

.

22.09.2022 12:14
9
A+
A-

Sentyabrın 18-də Beynəlxalq Bərabər Əməkhaqqı Günündə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) bütün hökumətləri kişi və qadınların əməyinin ödənilməsində    20%-dən çox olan qlobal fərqi azaltmaq üçün islahatlar aparmağa çağırır.

Sistemli ayrı-seçkilik, qadınların əməyinin düzgün qiymətləndirilməməsi və ödənilməmiş qulluq işlərinin qeyri-mütənasib böyük hissəsi əməyin ödənilməsində gender pozulmasının əsas səbəbləridir.

Bərabərsizlik qadınların üstünlük təşkil etdiyi sektorlarda, məsələn, səhiyyə və qulluq sektorlarında daha yüksəkdir, burada əməyin ödənilməsində gender fərqi 24% təşkil edir, ən yüksək maaş alan işçilərin əksəriyyəti isə kişilərdir.

Bu hal qadınların layiqli ödənişli işə çıxmaqdan məhrum olması ilə daha da dərinləşir. İşçi qüvvəsində iştirak səviyyəsində gender fərqi 27% səviyyəsində qalır və qadınların əksəriyyəti qeyri-standart və qeyri-formal, qeyri-adekvat minimum əməkhaqqı və sosial müdafiəyə məhdud çıxışı olan işlərdə çalışırlar.

Bundan əlavə, COVID-19 pandemiyasının iqtisadi təsiri nəticəsində qadınlar üçün qeyri-mütənasib iş və gəlir itkisi səbəbindən gender fərqi daha da artıb.

Əməkhaqqının ödənilməsində gender fərqinin aradan qaldırılması yeni ictimai müqavilənin əsasını təşkil edir. Bu da əməkhaqqına münasibətdə ədalətli tələb, həmçinin BHİK-in 4-cü Ümumdünya Qadın Konfransı tərəfindən qəbul edilmiş bərpa və davamlılıq üçün gender dəyişiklikləri proqramının əsasını təşkil edir.

Həmkarlar ittifaqları cavabdehlik daşıyır:

Çilidən İrlandiyaya, Yeni Zelandiyadan Cənubi Afrikaya qədər həmkarlar ittifaqları bərabər əməkhaqqının, ayrı-seçkiliyə qarşı qanunvericiliyin, işin və ailə həyatının uzlaşdırılması tədbirlərinin, həmçinin gender problemlərinin həlli üçün lobbiçilik, təbliğat-təşviqat kampaniyalarında və sosial dialoqda iştirak edirlər.

Həmkarlar ittifaqları həmçinin qayğı iqtisadiyyatına adekvat sərmayə qoyulmasına, qadınlar üçün iş yerlərinin yaradılmasına, keyfiyyətli ictimai səhiyyə və qayğı xidmətlərinə universal çıxışa, yaşayış minimumuna və ümumi sosial müdafiəyə çağırır.

Avropa İttifaqında həmkarlar ittifaqları əməkhaqqının ödəniş şəffaflığı barədə ciddi Aİ Direktivinin qəbul edilməsi üçün kampaniyalar aparır.

BƏT-in əməkhaqqı ödənişi şəffaflığı haqqında qanunvericiliyə dair bu yaxınlarda dərc etdiyi hesabat göstərir ki, Fransa, Çili, Litva, ABŞ və İslandiya da daxil olmaqla, daha çox ölkə bərabər əməkhaqqı qanunvericiliyini qəbul edir. Əməyin ödənilməsinin şəffaflığı tədbirləri bərabər əməkhaqqı haqqında qanunvericiliyin müəyyən edilməsi və qüvvəyə minməsi üçün səmərəli alətlərdir.

BƏT-in “Bərabər haqq verilməsi haqqında”  ( 100 saylı) Konvensiyasının universal ratifikasiyası və səmərəli tətbiqi bütün ölkələr üçün fundamental əsas əmək standartı olaraq qalır. Bu Konvensiyanın reallığa çevrilməsi BƏT, “BMT- Qadınlar” və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Beynəlxalq Bərabər Ödəniş Koalisiyasının (EPIC) əsas məqsədidir.

 

ETİKETLƏR: