Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məşğulluq və dolanışıq vasitələri bərpa və reabilitasiya üçün mühüm əhəmiyyət kəsb edəcək

.

22.09.2022 12:18
2
A+
A-

Pakistanda minlərlə insanın həyatına son qoyan və milyonlarla evi dağıdan dağıdıcı daşqınlardan sonra Beynəlxalq Əmək Təşkilatı (BƏT) məşğulluq və dolanışıq vasitələrinə təsiri qiymətləndirmək üçün Birləşmiş Millətlər Təşkilatına (BMT), Dünya Bankı və Avropa İttifaqına  qoşuldu.

Artıq ilkin missiya yerinə yetirilib və insanları iş vasitəsilə pulla təmin etmək, sosial birliyi və icma dayanıqlığını qorumaq üçün infrastrukturun sürətli bərpası layihələri həyata keçiriləcək.

Sentyabrın 9-da İslamabadda BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşdə BƏT-in Proqramlar üzrə baş mütəxəssisi Rabia Razzake vurğuladı ki, məşğulluq və dolanışıq vasitələri bərpa və reabilitasiya üçün mühüm əhəmiyyət kəsb edəcək.

BƏT Pakistan hökumətinə, işçilərə və işəgötürənlərə kiçik və mikro müəssisələr ətrafında təcili məşğulluq xidmətlərini və fəaliyyətlərini səfərbər etməyə kömək edir ki, bu da cəmiyyətə pul axını və davamlılığı təmin edir.

BƏT iqlimə uyğun infrastrukturun bərpası, təcili məşğulluq xidmətləri, sahibkarlıq və bacarıqlar da daxil olmaqla, insanyönümlü yanaşmalar vasitəsilə sülh və dayanıqlılığı təşviq etməklə yanaşı, təbii fəlakətlərdən sonra insanların mümkün qədər tez işə qayıtmasını müdafiə edir. Digər prioritetlər sosial müdafiə sistemlərinin möhkəmləndirilməsini, reabilitasiya və bərpa üzrə bütün səylərin əmək sahəsində əsas prinsip və hüquqlara hörmət etməsini təmin etməkdir.

ETİKETLƏR: