Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tətil hüququna dair tam fikir yoxdur

.

22.09.2022 12:22
4
A+
A-

Avropa Komissiyasının Vahid Bazar Fövqəladə Hallar Aləti (SMEI) təklifində tətil hüququna dair hələ də tam fikir yoxdur.

Bu ayın əvvəlində Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ETUC) Avropa  Komissiyasına məktub göndərərək vahid bazarı böhranlardan çıxarmaq üçün, yeni planının bir hissəsi olaraq, tətil hüququnu qoruyan qərarı ləğv etmək planlarından narahatlığını ifadə etdi.

Yeni dərc olunan qanun layihəsində Avropa Komissiyası kollektiv danışıqlar və fəaliyyət hüququna istinad daxil edib, lakin bu, əvvəllər olduğu kimi, mövcud qanunvericilikdə deyil, yalnız məcburi olmayan bəyannamələrdə əksini tapıb.

Daxili bazar üzrə komissar Tyierri Breton mətbuat konfransında deyib ki, tətil hüququ əsas hüquqdur və bu sənəd heç bir şəkildə bu hüququ pozmur.

Əgər belədirsə, o zaman Avropa Komissiyasının tətil hüququnun müdafiəsini sitatlardan qanunvericiliyin konkret bəndinə köçürmək problemi olmamalıdır.

ETUC-un katibi İzabell Şeman bildirib ki, bu gün Avropa Komissiyasının bu qanunvericiliklə tətil etmək hüququnu pozmaq niyyətində olmadıqlarını eşitmək xoş oldu. Bu, belədirsə, o zaman Avropa Komissiyası qanunvericiliyə tətil hüququnu qoruyan bənd daxil etməkdən çəkinməməlidir. Həmkarlar ittifaqları siyasi vədlər deyil, qanun əsasında işləyir və biz Avropa İttifaqı qanunvericiliyində tətil hüququnun təminatlarının zəiflədilməsini qəbul etməyəcəyik.

Biz fövqəladə vəziyyətlər zamanı vahid bazarın fəaliyyətini davam etdirməsini təmin etmək zərurətindən tam xəbərdarıq, lakin bu, fundamental hüquqlar hesabına baş verməməlidir.

ETİKETLƏR: