Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Avropa ikincisi olub

Avropa ikincisi olub

20.05.2021 07:37
20
A+
A-

“Zenit” İdman Cəmiyyətinin yetirməsi Əliabbas Rzazadə Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan 23 yaşadək idmançılar arasında sərbəst güləş üzrə qitə birinciliyində gümüş medal qazanıb. 

57 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız ilk mərhələni güləşmədən adlayıb. Buna səbəb yerli güləşçinin xalçaya çıxmaması olub. Dörddəbir finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Güləşçimiz sonrakı mərhələdə İtaliyadan olan rəqibinə qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rusiya təmsilçisinə uduzan Ə.Rzazadə ikinci yeri tutub.

Qeyd edək ki, Əliabbas yarışlara məşqçi-müəllimi Aslan Ağayevin rəhbərliyi altında hazırlaşıb.

ETİKETLƏR: