Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pensiya sistemi tezliklə çökə bilər

Almaniya hökuməti hazırda bu təkliflərdən imtina edir.

02.11.2022 11:42
3
A+
A-

Almaniyanın pensiya sistemi islahatlar aparılmasa, yaxın 5  il ərzində çökə bilər. Bu barədə işçilərin 70%-ə qədərini işlə təmin edən şirkətləri təmsil edən Alman İşəgötürənlər Assosiasiyaları Konfederasiyasının prezidenti Rainer Dulger bildirib. O deyib ki, indi Almaniyada sosial sığorta haqqı ödəyən hər 100 işçiyə təxminən 50 pensiyaçı düşürsə, 15 ildən sonra bu rəqəm 70-ə yüksələcək.

İqtisadçılar pensiya yaşının artırılmasının qaçılmaz olduğunu qeyd edirlər. Lakin Almaniya hökuməti hazırda bu təkliflərdən imtina edir. Bir neçə il bundan əvvəl İqtisadiyyat Nazirliyinin ekspert qrupunun mərhələli islahat zamanı pensiya yaşının 2042-ci ilə qədər 68 yaşa çatdırılması təklifi də qəbul olunmamışdı.

Almaniya pensiya sistemi təqaüdçülərə maaşlarının 48%-nə bərabər gəlir təmin edir. 2021-ci ildə vergi tutulmalarından sonra kişilər ayda təxminən 1200 avro, qadınlar isə 860 avro pensiya alırdılar.

 

ETİKETLƏR: