Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zəfər” futbol turnirinə yekun vurulub

.

10.11.2022 13:33
3
A+
A-

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Anım Günü və Şanlı Qələbəmizin ikinci ildönümünə həsr olunmuş “Zəfər” futbol turniri başa çatıb.

44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbəyə həsr olunan turnirin keçirilməsində əsas məqsəd kollektivlər arasında dostluq əlaqələrinin gücləndirilməsi, işçilərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinin təmin olunmasıdır.

Sentyabrın 27-də start verilmiş turnirdə Kənd Təsərrüfatı Nazirliyi, nazirliyin tabeli qurumlarının, eləcə də aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının 16 komandası iştirak edib.

Komandalar püşkatma nəticəsində, hər qrupda 4 komanda olmaqla, dörd qrupda mübarizə aparıb. Oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimləri tərəfindən idarə edilib. Qrup daxilində keçirilən oyunlar nəticəsində ilk iki yeri tutmuş komandalar dördəbir final mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Noyabrın 5-də keçirilən final görüşündə Kənd Təsərrüfatı Nazirliyinin və “Aqrar Tədarük və Təchizat” ASC-nin komandaları qarşılaşıb. “Aqrar Tədarük və Təchizat” ASC-nin komandası qalib gələrək birinci yeri tutub. Kənd Təsərrüfatı Nazirliyinin komandası ikinci yerə, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin komandası üçüncü yerə yiyələnib.

Qalib komandalara Fəxri fərmanlar, kubok və medallar, həmçinin pul mükafatı təqdim olunub.

ETİKETLƏR: