Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 Cüdoçular 1 qızıl və 2 bürünc medal qazanıblar

Komandamızın aktivinə qızıl medalları Balabəy Ağayev (60 kq.), Hidayət Heydərov (73 kq.), Səid Mollayi (81 kq.) və Zelim Kotsoyev (100 kq.) yazdırıblar.

10.11.2022 13:34
0
A+
A-

“Atilla” İdman Klubunun yetirmələri Bakıda keçirilən “Böyük dəbilqə” turnirində 1 qızıl və 2 bürünc medal qazanıblar.

Heydər Əliyev adına İdman arenasında keçirilən Böyük Dəbilqə turnirində 60 kq. çəki dərəcəsində yarışan Balabəy Ağayev final görüşündə ukraynalı idmançı Dilşot Xalmatova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kəramət Hüseynov isə üçüncü yer uğrunda görüşdə İspaniya təmsilçisi Fransisko Qarriqosa qalib gələrək bürünc medal qazanıb.

66 kq. çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov isə serbiyalı idmançı Strahinca Bunsisi məğlub edərək turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan komandası “Böyük dəbilqə” turnirində uğurla çıxış edərək ümumi hesabda qalib adını qazanıb.

Bakıda keçirilən yarışda 4 qızıl, 2 bürünc medal qazanan cüdo yığmamız bu nəticə ilə ən yaxın izləyicilərini xeyli üstələyərək birinci yeri tutub.

Komandamızın aktivinə qızıl medalları Balabəy Ağayev (60 kq.), Hidayət Heydərov (73 kq.), Səid Mollayi (81 kq.) və Zelim Kotsoyev (100 kq.) yazdırıblar.

Kəramət Hüseynov (60 kq.) və Orxan Səfərov (66 kq.) isə bürünc medala sahib olublar.

ETİKETLƏR:

Foto