Qalib şahmatçılar Fəxri Fərman və pul ilə mükafatlandırılmışlar
.

8 Noyabr - Zəfər Günü ərəfəsində Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) tərəfindən həmkarlar ittifaqı üzvləri arasında şahmat turniri keçirilmişdir. Turnir müxtəlif təşkilatlardan 28 nəfərin iştirakı ilə Bakı şəhərinin 4 nömrəli şahmat məktəbində təşkil edilmişdir. Maraqlı və gərgin rəqabət şəraitində keçirilən turnirdə 1-ci, 2-ci və 3-cü yerləri tutan şahmatçılar Fəxri Fərman və pul ilə mükafatlandırılmışlar.
BHİK sədri Zakir Müslümov mükafatçıları təbrik etmiş və onlarla xatirə şəkli çəkdirmişdir.