Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhidlər unudulmur

igid oğullarımızın məzarları və doğmaları ziyarət olunur

23.11.2022 12:34
11
A+
A-

Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Mübariz Əsədovun, aparat işçiləri, HİK sədrləri, kollektivi və yaxınlarının iştirakı ilə Vətən müharibəsi şəhidi - “Azərbaycan Hava Yolları” QSC Hava Limanlarının İstismarı Baş İdarəsinin Aerodrom təminatı idarəsində usta  vəzifəsində işləmiş Şükürov Samir Təyyub oğlunun və Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Beynəlxalq aeroportunda Mühafizə Xidmətinin Əlahiddə Mobil Komandasının rəisi vəzifəsində işləmiş Şükürov Anar Mehman oğlunun  qəbirləri  ziyarət edilmiş və məzarları önünə gül dəstələri qoyulmuşdur. 

 

Şirvan şəhərində Hərbiləşmiş Mühafizə İdarəsinin əməkdaşı olmuş, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş Elnur Qalib oğlu Qarayevin anım mərasmi keçirilmişdir.

Qəhrəman şəhidimizin anım mərasimində Şirvan Rayon İcra Hakimiyyətinin başçısı, Hərbiləşmiş Mühafizə İdarəsinin direktor müavini, Hərbiləşmiş Mühafizə İdarəsinin Həmkarlar İttifaqının sədri və rayon ictimaiyyəti nümayəndələri, yaxınları və qohumları iştirak etmişlər.

Allah rəhmət etsin!

***

Poçtdaşıma Mərkəzinin əməkdaşı olmuş, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış rabitəçi, Baş leytenant Rəşad İlqar oğlu Rəhimovun anım mərasimi  keçirilmişdir.

Mərasimdə şəhidin ailə üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi, iş və cəbhə yoldaşları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Allah rəhmət etsin!

ETİKETLƏR:

Foto