Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Region ölkələrinin...

sosial-iqtisadi vəziyyəti təhlil edildi

23.11.2022 12:48
7
A+
A-

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti Bəkir Yusifov Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyası Mərkəzi Komitəsinin onlayn rejimdə keçirilmiş 54-cü iclasında iştirak edib. İclası Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının Baş katibi Yusuf Ziya Odabaş açıb, sonra Federasiyasının Prezidenti Pevrul Kavlak iclası giriş sözü ilə davam etdirib.

İclasın gündəliyinə ölkələrdə və üzv təşkilatlarda sosial-iqtisadi vəziyyət, 2022-ci ildə üzv təşkilatlar tərəfindən üzvlük haqlarının ödənilməsi vəziyyəti, 2022-ci ildə təlim seminarları proqramının təşviqi, Federasiyanın 10-cu növbədənkənar qurultayının 2023-cü ilin mart ayında keçirilməsi haqqında məlumatlar daxil edilib.

Tədbirdə həmçinin digər məsələlər üzrə hesabatlar da dinlənilib.

Sonda bəyannamə qəbul edilib.

ETİKETLƏR: