Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşçilərin sağlamlığı əsas şərtdir

Görüşdə institutun Toxumçuluq şöbəsinin müdiri Şakir Quliyevə yubiley yaşı münasibətilə həmkarlar ittifaqı tərəfindən diplom və qiymətli hədiyyə təqdim edilib.

23.11.2022 12:55
11
A+
A-

Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun kollektivi ilə görüşüb. Görüşdə həmkarlar ittifaqının üzərinə düşən vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açılıb. F.Məmmədov qeyd edib ki, üzvlərin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili, onlar üçün layiqli iş şəraitinin yaradılması, əmək hüquqlarının qorunması məsələləri həmkarlar ittifaqı təşkilatlarının daim diqqət mərkəzindədir. Bu sahədə bütün imkanların səfərbər olunduğunu diqqətə çatdırıb.

Görüşdə institutun Toxumçuluq şöbəsinin müdiri Şakir Quliyevə yubiley yaşı münasibətilə həmkarlar ittifaqı tərəfindən diplom və qiymətli hədiyyə təqdim edilib. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu İdarə Heyətinin sədri Elmar Allahverdiyev elm sahəsində çalışan insanlara göstərilən diqqət və qayğıya görə, Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə və onun rəhbərliyinə təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıb. Yubilyar və digər çıxış edənlər görüşdən məmnun qaldıqlarını bildirib, bunu əməyə verilən qiymət kimi dəyərləndiriblər.

ETİKETLƏR: