Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Pəhləvan” İdman Klubunun yetirmələri fərqləniblər

.

23.11.2022 14:24
11
A+
A-

“Pəhləvan” İdman Klubunun yetirmələri  yunan-Roma və sərbəst güləş üzrə Bakı şəhər çempionatında uğurla çıxış ediblər. Belə ki, yunan-Roma güləşi üzrə yarışda 72 kq. çəki dərəcəsində mübarizə aparan Füzuli Abbasov (məşqçi-müəllimi Elnur Müzəffərov) bütün rəqiblərinə qalib gələrək birinci olub.

Sərbəst güləş üzrə keçirilən yarışda isə Elmir Cəlilov ( 65 kq.) və Əkbər Vəliyev ( 74 kq.) ikinci, İbrahim Musayev ( 65 kq.) və Mürşüd Hüseynov ( 74 kq.) isə üçüncü yeri tutublar. Yetirmələrinin qazandığı bu uğur məşqçi-müəllim Ruslan Şəmilovun rəhbərliyi altında keçən gərgin məşq prosesinin nəticəsidir. 

ETİKETLƏR: