Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşdən çıxarılma zamanı əmrdə nələr göstərilməlidir?

.

07.12.2022 13:42
90
A+
A-

İşdən çıxarılma zamanı əmrdə nələr göstərilməlidir?

 

Səbirə ƏLİZADƏ,

Şirvan şəhəri.

- Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:

* müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;

* işçinin adı, atasının adı və soyadı;

* əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;

* əmək müqaviləsinin ləğv edilməsinin əsası;

* həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;

* əmək müqaviləsi ləğv edilən gün, ay və il;

* əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

Yuxarıda qeyd edilən məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

Əmək müqaviləsinin ləğv edilməsi

barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ-hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

 

Müharibədə iştirak edənlərə Prezident təqaüdü verilirmi?

 

Samir VƏLİYEV,

Ağcabədi rayonu.

- Prezident təqaüdü müharibədə iştirak edərək “Vətən Müharibəsi Qəhrəmanı”, “Azərbaycanın Milli Qəhrəmanı” adları, şəhid statusu almış və müharibə veteranı olmuş şəxslərə Prezident təqaüdü müəyyən edilib. Bunları nəzərinizə çatdırırıq.

Azərbaycan Respublikasının “Vətən Mühar

ibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında 2020-ci il 30 dekabr 1226 nömrəli Fərmanına əsasən Prezident təqaüdü təsis edilərək 2021-ci il yanvarın 1-dən onun aylıq məbləği 2000 (iki min) manat müəyyən edilib.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən, təqaüdün aylıq məbləği 1800 manat məbləğində müəyyən edilib.

Şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir. Hazırda təqaüdün məbləği 500 manatdır.

Şəhid ailəsi statusu haqqında müvafiq arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan təqaüd almaq hüququ olan ailə üzvlərinə təyinat aparılaraq ödənişə göndərilir. Bu hüquq arayış verildiyi tarixdən yaranır.

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 saylı Fərmanına uyğun olaraq müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi və onun aylıq məbləği 80 manat müəyyən olundu. Bu hüquq müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən verilir. Daha sonra həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edir. Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçirilir. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat verilir.

 

Bildiyimə görə, bəzi kateqoriya şəxslər üçün kommunal xərcləri müavinətlərlə əvəz olunub. Bu haqda məlumat verməyinizi xahiş edirik.

 

Məhbubə AĞAZADƏ, Bakı şəhəri.

 

- Prezident təqaüdü müharibədə iştirak edərək “Vətən Müharibəsi Qəhrəmanı”, “Azərbaycanın Milli Qəhrəmanı” adları, şəhid statusu almış və müharibə veteranı olmuş şəxslərə Prezident təqaüdü müəyyən edilib. Bunları nəzərinizə çatdırırıq.

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında 2020-ci il 30 dekabr 1226 nömrəli Fərmanına əsasən Prezident təqaüdü təsis edilərək 2021-ci il yanvarın 1-dən onun aylıq məbləği 2000 (iki min) manat müəyyən edilib.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən, təqaüdün aylıq məbləği 1800 manat məbləğində müəyyən edilib.

Şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir. Hazırda təqaüdün məbləği 500 manatdır.

Şəhid ailəsi statusu haqqında müvafiq arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan təqaüd almaq hüququ olan ailə üzvlərinə təyinat aparılaraq ödənişə göndərilir. Bu hüquq arayış verildiyi tarixdən yaranır.

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 saylı Fərmanına uyğun olaraq müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi və onun aylıq məbləği 80 manat müəyyən olundu. Bu hüquq müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən verilir. Daha sonra həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edir. Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçirilir. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat verilir.

 

Bildiyimə görə, bəzi kateqoriya şəxslər üçün kommunal xərcləri müavinətlərlə əvəz olunub. Bu haqda məlumat verməyinizi xahiş edirik.

 

Məhbubə AĞAZADƏ, Bakı şəhəri.

- Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olanlara, Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara - 26 manat;

Böyük Vətən müharibəsi iştirakçılarına - 25 manat; 

həlak olmuş döyüşçülərin dul arvadlarına - 18 manat;

Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə - 12 manat;

Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına-12 manat;

Çernobıl qəzası əlillərinə (həqiqi hərbi xidmət dövründə Çernobıl qəzası nəticəsində zərər çəkmiş hərbi qulluqçular istisna olmaqla), I və II qrup əlillərə (müharibə əlilləri və onlara bərabər tutulanlar istisna olmaqla), sosial pensiyaçılara - 6 manat müavinət ödənilir.

 

İşəgötürən hansı hallarda işçini başqa işə keçirə bilər?

 

İlhamə NƏCƏFOVA, Sumqayıt şəhəri.

 

- Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədilə bir ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əməkhaqqından aşağı olmamaqla ödənilir.

ETİKETLƏR: