Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK tərəfindən şəhidin iki azyaşlı övladı himayəyə götürülüb

.

07.12.2022 13:45
5
A+
A-

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərov bu il sentyabrın 12-14-də Ermənistanın hərbi təxribatının qarşısını alarkən şəhid olmuş Seyfəddin Muradovun ailəsini ziyarət ediblər.

Görüş zamanı rayonun Böyük Kəsik kəndindən olan gizir Seyfəddin Muradovun həyatından, nümunəvi hərbi xidmətindən, Vətənə sədaqətindən, yüksək döyüş ruhundan danışılıb. Şəhidin ailəsi onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edib, buna görə Prezident   İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən şəhid Seyfəddin Muradovun iki azyaşlı övladı himayəyə götürülüb, 18 yaşına çatanadək onlara hər ay müavinət ödəniləcək.

ETİKETLƏR:

Foto