Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib

Abidə önünə əklil qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

14.12.2022 09:57
6
A+
A-

Dekabrın 12 və 13-də Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının  (GHİK) XV qurultayı keçirilib. Tədbirdə Konfederasiyanın sosial tərəfdaşları və xarici ölkələrdən gəlmiş qonaqlar da iştirak ediblər.

Qeyd edək ki, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının XV qurultayı Gürcüstan həmkarlar ittifaqı hərəkatının 115 illiyinə və Konfederasiyanın yaradılmasının 30 illiyinə həsr olunub.

Qurultayda çıxış edən GHİK-in sədri, Pan Avropa Regional Şurasının prezidenti  İrakli Petriaşvili işçilərin əmək hüquqlarının qorunması ilə bağlı görülən işlərdən, mövcud problemlərdən və onların həlli yollarından danışıb.

Tədbirdə iştirak edənlər də öz fikir və mülahizələrini bildiriblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev də ilk söz verilənlər sırasında olub.

O, Azərbaycan və Gürcüstan həmkarlar ittifaqları arasında mövcud olan münasibətlərdən, qarşılıqlı səfərlərin əhəmiyyətindən, aparılan təcrübə mübadilələrindən, iki qurum arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində görülən işlərdən danışıb (çıxışın tam mətni səhifə ..verilib).

Dekabrın 13-də müxtəlif ölkələrdən dəvət olunmuş qonaqların iştirakı ilə GHİK və Beynəlxalq Əmək Təşkilatının “Gürcüstan və dünyanın çağırışları, onların həlli mexanizmləri - sülh və davamlı inkişaf” mövzusunda konfrans keçirilib.

Xatırladaq ki, Gürcüstana səfər çərçivəsində AHİK sədri S.Möhbalıyev və AHİK sədrinin müavini A.Dadaşov Tbilisidə müstəqi Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda büstünü ziyarət ediblər. Abidə önünə əklil qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

 

ETİKETLƏR:

Foto