Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İdman Cəmiyyətinin  uğurları

Belə ki, yunan-Roma güləşi üzrə yarışda 63 kq. çəki dərəcəsində mübarizə aparan Xalid Həsənov (məşqçi-müəllimi Əbülfət Məmmədov) ikinci yeri tutub.

28.12.2022 12:43
29
A+
A-

Dekabrın 20-dən 23-dək güləş üzrə Azərbaycan çempionatı keçirilib.

Bakı İdman Sarayında baş tutan yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.

Yarışda “Zenit” İdman Cəmiyyətinin pəhləvanları da qüvvələrini sınayıblar.

Belə ki, yunan-Roma güləşi üzrə yarışda 63 kq. çəki dərəcəsində mübarizə aparan Xalid Həsənov (məşqçi-müəllimi Əbülfət Məmmədov) ikinci yeri tutub.

Sərbəst güləş üzrə yarışda Rahid Həmidli (125 kq.) birinci olub. Zəfər Əliyev (97 kq.) ikinci, Rəhman İmanov (57 kq.) üçüncü yeri tutublar. 

Cəmiyyətin idmançıları yarışa məşqçi-müəllimlər Cavid Qurbanzadə, Cəbrayıl Həsənov və Akif Qurbanovun rəhbərliyi altında hazırlaşıblar.

ETİKETLƏR: