Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Çempionatda uğurla çıxış ediblər

.

28.12.2022 12:46
10
A+
A-

“Pəhləvan” İdman Klubunun yetirmələri  Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatında uğurla çıxış ediblər.

Yunan-Roma güləşi üzrə 60 kq. çəki dərəcəsində mübarizə aparan Elmir Əliyev (məşqçi-müəllimi  Elnur Müzəffərov) ikinci yeri tutub.

Sərbəst güləş üzrə yarışda isə Dadaş Dadaşzadə (86 kq.) ikinci, Mürşüd Hüseynov (74 kq.) və Nurlan İbrahimli ( 92 kq.) üçüncü,  İbrahim Musayev (65 kq.) və Elmir Cəlilov (65 kq.) beşinci yerləri tutublar.

Onlar yarışa Ruslan Şəmilovun rəhbərliyi altında hazırlaşıblar. 

***

Dekabrın 25-26-da milli güləş uzrə Azərbaycan çempionatı keçirilib. “Pəhləvan” İdman Klubunun güləşçiləri Camal Feyziyev (+100 kq.) I yeri, Cavid Feyziyev (+100 kq.) isə II  yeri tutublar.

ETİKETLƏR: