Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


2023-cü ildən İKT sektoruna vergi güzəştlərinin əsas istiqamətləri

.

11.01.2023 15:39
20
A+
A-

Məlum olduğu kimi, yeni ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də informasiya-kommunikasiya sektoruna (İKT) vergi güzəştlərinin tətbiqi ilə bağlıdır.  Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən İKT sahəsində fəaliyyət göstərən şirkətlərdə, həmin şirkətlərdə çalışan fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara həm sosial, həm də iqtisadi xarakterli vergi güzəştləri tətbiq ediləcək. İlk növbədə yerli və xarici şirkətlərə məxsus mütəxəssislər, İT sahəsi üzrə fərdi sahibkarlar rəqəmsal və rabitə sənayesi texnologiyaları parkından kənarda fəaliyyət göstərdiyi halda, onlar da həmin sektorun rezidentləri hesab ediləcək və İKT xarakterli fəaliyyətlər, proqram təminatının hazırlanması və modernləşdirilməsi, dəstək göstərilməsi, eləcə də bu sahədə təlimlərin verilməsi vergilərdən azad olunacaq. Həmin şəxslər mənfəət (20 faiz) və gəlir (14 faiz) vergisindən tam azad olunurlar.

Həmçinin İT sektorunda fəaliyyət göstərən şəxslər üçün mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan divident vergisini də ödəməyəcəklər. Bundan başqa, həmin sahədə çalışan işçilərin aylıq maaşları 2026-cı il yanvarın 1-dək gəlir və məcburi dövlət sosial sığorta haqqından tam azad ediləcək. 8000 manatdan çox əməkhaqqı alanların maaşından isə cəmi 5 faiz vergi tutulacaq. 2026-cı il yanvarın 1-dən sonrakı 7 il müddətində həmin şəxslərin ümumilikdə aldıqları maaşın həcmindən asılı olmayaraq bütün gəlirin 5 faizi həcmində vergiyə cəlb olunacaq.

Həmçinin Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, xarici İT şirkətlərinin mütəxəssislərindən ölkəmizin ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq. Qarşıdakı 10 il ərzində məcburi dövlət sosial sığorta vergisi isə sıfır faizlə hesablanacaq.

İKT sektoruna vergi güzəştləri 3 mühüm amilə əsaslanır.

Birincisi, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bu regiondan müxtəlif ölkələrə, xüsusilə də MDB dövlətlərinə 2022-ci ildən etibarən böyük İKT şirkətlərinin axını başlayıb, Gürcüstana ötən il 10 mindən artıq rusiyalı İT mütəxəssisi miqrasiya edib və bu ölkənin iqtisadiyyatına töhfə verirlər. Bu amili nəzərə alan Azərbaycan hökuməti səmərəli vergi rejimi yaratmaqla həmin kadr bazasını ölkəmizə cəlb etmək istəyir. Bu, öz təsirlərini də göstərməyə başlayıb, artıq Azərbaycanda fəaliyyət göstərmək üçün müraciət edən rusiyalı İKT şirkətlərinin artımı hiss olunmaqdadır. Dekabrın sonlarında Rusiyadan Azərbaycana böyük bir İT qrupunun gəlişi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin üzvləri ilə görüşləri də bu sahəyə marağın artmasını göstərir.

İkincisi, azad edilmiş ərazilərdə Azərbaycan ən müasir İKT sistemləri, müasir rabitə və innovasiya yenilikləri tətbiq edir və hazırda sürətlə davam etdirilən tikinti işləri sayəsində yeni qurulan obyektlərin, binaların İT ilə təminatı da xüsusi yer tutur. Bu baxımdan xarici şirkətlərin bu sahəyə cəlb olunması prioritetlərdən biridir. Eyni zamanda hökumət qeyri-neft sektorunun əsas aparıcı və gəlir gətirən sahələrindən biri kimi İKT bölməsinə xüsusi yer verməkdədir. Bu sahəyə müxtəlif güzəşt və stimulların verilməsi yaxın illərdə ölkəmizdə rəqəmsal proqram təminatı sektorunun formalaşmasına və həmin İT məhsullarının ixracının artmasında mühüm rol oynaya bilər. Vergi güzəştlərinin məqsədi də həm azad edilmiş ərazilərdə İKT sektorunun təminatında xarici şirkətlərin sayının artırılması, bu sahədə dayanıqlı texnologiya sistemlərinin qurulması, həm də yaxın onillilkdə valyuta gəlirləri gətirəcək sahələrdən birinin təşviqidir. Hesablamalara əsasən, Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları mütəxəssislərinə tələbat təxminən 20 min nəfərdir. İşğaldan azad edilmiş ərazilərdə qurulan İKT sistemlərini və idaretmə, dövlət qurumlarını və s. infrastrukturları da nəzərə aldıqda, bu rəqəm 30 minə çatacaq. Ona görə də güzəştlər həm yeni mütəxəssislərin yetişdirilməsi, həm də xarici mütəxəssislərin marağının artmasına və yerli bazara xarici investisiyaların cəlb olunmasına xidmət edir. Eyni zamanda son illərdə ölkəmizin təcrübəli İT kadrlarının bir qismi daha yaxşı iqtisadi mühiti əsas gətirərək xarici ölkələrə üz tutur. Güzəştlərin məqsədi də məhz  “beyin axını”nın qarşısının alınması məqsədi güdür.

Güzəştlərin üçüncü əhəmiyyəti beynəlxalq İT şirkətlərinin ölkəmizə gəlişini təmin etməklə iqtisadi aktivliyin artırılmasına, Azərbaycanda biznes mühitinin və startap sektorunun yaxşılaşdırılması ilə bağlıdır. Məlumdur ki, hazırda iri İT və rəqəmsal şirkətlərin ölkəmizdə rəsmi nümayəndəlikləri yoxdur, çox azdır, onlar kənardan onlayn idarəetmə əsasında fəaliyyət göstərir. Bu isə həm rəqəmsal layihələrin keyfiyyətinə təsir edir, həm də müəyyən vergi problemləri yaradır, vergitutma mexanizmini müəyyən etmək çətinlik törədir. Bu, xüsusilə də “Instagram”, “YouTube”, “TikTok”, “Facebook” və “Twitter” kimi rəqəmsal şirkətlərin fəaliyyətində özünü qabarıq şəkildə büruzə verir. Vergi güzəştləri həmin şirkətlərin də Azərbaycanda rəsmi nümayəndəliklərinin yaradılması və fəaliyyətlərini daha yeni

ETİKETLƏR: