Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hökumət həmkarlar ittifaqları ilə danışıqlara hazırdır

.

11.01.2023 16:21
2
A+
A-

Böyük Britaniyanın baş naziri Rişi Sunak tətilləri dayandırmaq müqabilində tibb bacılarına birdəfəlik ödəməni nəzərdən keçirməyə hazırdır. Britaniya hökumətinin başçısı ilk dəfə olaraq bu peşədə çalışan işçilərə artan yaşayış xərclərini kompensasiya etmək üçün kömək etməyə hazır olduğunu bəyan edib. Bu tədbirlər səhiyyə işçilərini təmsil edən həmkarlar ittifaqları ilə danışıqlara hazırlıq fonunda həyata keçirilir.

R.Sunak nazirlərin sahə həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşü zamanı tətil edən tibb bacılarına maliyyə dəstəyi ilə bağlı konsensusun əldə oluna biləcəyini etiraf etdi. Bu, tibb işçilərinə çətin qışdan çıxmağa kömək edə biləcək birdəfəlik ödənişdir. Maraqlıdır ki, ötən ay Maliyyə Nazirliyi belə təkliflərin qarşısını alıb. Britaniya hökuməti digər sahələrin də oxşar şərtləri tələb edəcəyindən ehtiyat edərək 2022-2023-cü illər üçün əməkhaqqının bərpasını dəfələrlə istisna etmişdi. Lakin Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı vəziyyəti öz xeyrinə dəyişə bilib. Bundan əvvəl Böyük Britaniya hökuməti bir sıra peşələr, o cümlədən tibb işçiləri üçün tətil hüququnu məhdudlaşdırmaq planlarını həyata keçirmək istəyirdi. Bu cür normalar qəbul edilərsə, ölkənin həmkarlar ittifaqları məhkəmədə onlara etiraz etmək niyyətindədir.

ETİKETLƏR: