Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yüksək əməkhaqqı problemlərin həllidi

Hesabatda əsasən aşağıdakı məqamlar yer alıb:

18.01.2023 10:25
3
A+
A-

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) son “Dünya iqtisadi və sosial perspektivləri”  (WESO) hesabatına cavab olaraq hökumətlərdən maaşların artırılması, sosial müdafiənin genişləndirilməsi və kollektiv danışıqların dəstəklənməsi üçün daha çox iş görməsini tələb edir.

Hesabatda əsasən aşağıdakı məqamlar yer alıb:

-Ukrayna münaqişəsi, pandemiyadan sonra davam edən qeyri-bərabər bərpa və tədarük zəncirlərində  qısalmalar 2023-cü ildə staqflyasiya (durğunluq və ya tənəzzül) üçün zəmin yaratdı.

-Davamlı gəlirin olmaması ev təsərrüfatlarının dolanışıq vasitələrini təhdid edən və tələbin azalmasına səbəb ola biləcək yaşayış xərcləri böhranına gətirib çıxarmışdır.

-2022-ci ildə iş yerlərində qlobal kəsir 12,3% (473 milyon nəfər) təşkil edib.  İş yerlərində gender ayrı-seçkiliyi maaşların ödənilməsində də özünü büruzə verib. 

-Qlobal məşğulluğun 2022-ci ildəki 2,3%-lə müqayisədə 2023-cü ildə cəmi 1% artacağı proqnozlaşdırılır.

-Dünyada insanların yalnız 47%-i ən azı bir sosial müdafiə müavinəti ilə əhatə olunub.

-15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi böyüklərdən üç dəfə çoxdur.

BHİK-in Baş katibinin müavini Ouen Tüdor deyib ki, hökumətlər həyat standartlarını yaxşılaşdırmaq, iş yerləri yaratmaq və uşaq əməyindən istifadənin qarşısını almaq üçün təcili tədbirlər görməlidirlər. Bunu etsələr, hesabatda təsvir olunan neqativ halları dayandıra biləcəklər.

Onlar maaşları, o cümlədən minimum əməkhaqqını artırmaq, sosial müdafiəni yaxşılaşdırmaq və özəl sektorda məvacibləri artıracaq kollektiv müqavilələri dəstəkləməklə işçilər üçün bu ciddi iqtisadi problemləri həll edə bilərlər. İşçilərin maaşlarının artırılması problemin deyil, həllin bir hissəsidir.

Hesabat  çox acınacaqlı görünür, lakin biz tam məşğulluğa nail olmaq üçün 2030-cu ilə qədər 575 milyon yeni iş yerinin yaradılması çağırışımızın əsasını təşkil edən qlobal iş yerləri konsepsiyasını alqışlayırıq. Bundan əlavə, yeni sosial müqavilə çərçivəsində tələblərimizi yerinə yetirməklə hökumətlər çağırışlara cavab tapmış olurlar.

 

Yeni sosial müqavilə

BƏT-in Qlobal Sosial Ədalət Koalisiyası çərçivəsində  yeni sosial müqavilə aşağıdakılara diqqət yetirməlidir:

-Ən azı bir milyard qeyri-rəsmi iş yerinin rəsmiləşdirilməsi.

-Sosial müdafiəni genişləndirmək və ictimai xidmətlərə, xüsusilə səhiyyə, təhsil və təlim, qayğı iqtisadiyyatı və innovasiyalara investisiya qoymaq.

-Ədalətli keçidin bir hissəsi kimi layiqli, iqlimə uyğun iş yerlərinin yaradılması.

Bu tələblər korporativ xəsisliyin səbəb olduğu zərəri aradan qaldırmaq üçün inşaat blokları ola bilər.

Təəssüf ki, WESO gəlirlərin azalmasının arxasında məhsuldarlığın azalması ilə bağlı yanlış təsəvvürü təkrarlayır. Öz təhlilimiz göstərir ki, işçilərin məhsuldarlığı artmaqda davam edirdi, lakin bu, onlara heç bir xeyir vermədi. Bu arada, kapital məhsuldarlığının durğunluğuna baxmayaraq, aparıcı şirkətlər zəngin mükafatlara layiq görüldülər.

Yeni sosial müqavilənin həyata keçirilməsi ilə hökumətlər bu səhvləri düzəltməyə və işçilərin layiq olduğu iqtisadi ədaləti təmin etməyə başlaya bilər.

ETİKETLƏR: