Balaca Zəhranı hədiyyələrlə sevindirmişlər
.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin əməkdaşları şəhid Kərim Məmmədovun əmanəti olan övladı Zəhranın doğum günü münasibətilə keçirilən şənlikdə iştirak etmişlər. Balaca Zəhranı hədiyyələrlə sevindirmişlər.
Şəhidin həyat yoldaşı Əfsanə Məmmədova hər zaman ailəsinə göstərdikləri diqqət və qayğıya görə sahə Hİ Gəncə Şəhər Komitəsinin əməkdaşlarına minnətdarlığını bildirmişdir.
Şəhidin məzarı ziyarət edilib
Aviasiya Təhlükəsizlik Baş İdarəsinin kollektivi və həmkarlar ittifaqı fəalları Vətən müharibəsi şəhidi Anar Şükürovun məzarını ziyarət etmişlər. Məzarın üstünə gül dəstələri qoymuşlar.