“Horadiz Əməliyyatı”nın ildönümü qeyd olunub
Sonra THİK-in əməkdaşları II Fəxri xiyabana getmişlər. Orada uyuyan şəhidlərimizin xatirəsini bir daha yad etmişlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi “Horadiz Əməliyyatı”nın ildönümünü qeyd edib. Komitənin əməkdaşları “Horadiz Əməliyyatı” iştirakçısı, 2 dəfə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş Şair Ramaldanovla birlikdə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, ona ehtiramlarını bildirmişlər.
Sonra THİK-in əməkdaşları II Fəxri xiyabana getmişlər. Orada uyuyan şəhidlərimizin xatirəsini bir daha yad etmişlər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.