Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ədalətin, azadlığın əsgərləri

Tədbir öncəsi Şəhidlər xiyabanında uyuyan 20 Yanvar faciəsi, Qarabağ müharibələri şəhidlərinin məzarları ziyarət olundu, ruhlarına dualar oxundu.

25.01.2023 12:59
8
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Şəhidlər ölmür” adlı tədbir keçirilib. Tədbirdə rayonun bütün tədris müəssisələri iştirak etdi.

Tədbir öncəsi Şəhidlər xiyabanında uyuyan 20 Yanvar faciəsi, Qarabağ müharibələri şəhidlərinin məzarları ziyarət olundu, ruhlarına dualar oxundu.

Tədbirdə çıxış edən sahə Hİ Rayon Komitəsinin sədri Arzu Niftaliyeva 20 Yanvarı xalqımızın azadlıq uğrunda apardığı mübarizənin möhtəşəm nümunəsi adlandırdı. Azad ruhumuzun heç bir məngənəyə sığmadığını ən qüdrətli silahlardan belə qüdrətli olduğunu igid oğullarımız Vətən müharibəsində də bir daha sübut etdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi, fenomen komandanlıq bacarığı sayəsində gözəl Qarabağımızın ermənilər tərəfindən 30 illik işğalına son qoyuldu. Ədalət, azadlıq əsgərləri olan bütün şəhidlərimizin xatirəsi bizim üçün əbədi və ölməzdir! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

ETİKETLƏR: