Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qaliblərə diplom və hədiyyələr verilib

.

01.02.2023 14:46
11
A+
A-

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətin (ASCO) əməkdaşları arasında stolüstü tennis üzrə yarış keçirilib. Yarışda Cəmiyyətin bütün strukturlarından olan stolüstü tennis həvəskarları qüvvələrini sınayıblar.

Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin idman zalında baş tutan yarışda I yeri Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Elmar Qafarov tutub. II və III yerlərə isə “Bibiheybət” Gəmi Təmiri Zavodunun təmsilçiləri Müzəffər Qurbanov və Elşən Kərəmov çıxıblar.

Qaliblərə diplom və hədiyyələr verilib.

ASCO-da idmanın digər növləri kimi, stolüstü tennisə də maraq böyükdür. Yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.

ETİKETLƏR: