Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İyun, iyul və avqust aylarında qismən ödənişli sosial məzuniyyətdən qayıdan analara Naxçıvan MR Təhsil Nazirliyinin və Maliyyə Nazirliyinin günahı ucbatından əməkhaqqı verilmir ki, müəllimlər məzuniyyətdədir. Anaların hüquqları pozulur. Xahiş edirik, bu məsələni aydınlaşdırasınız.

Ünbülbəni MUSAYEVA,

08.02.2023 14:10
47
A+
A-

İyun, iyul və avqust aylarında qismən ödənişli sosial məzuniyyətdən qayıdan analara Naxçıvan MR Təhsil Nazirliyinin və Maliyyə Nazirliyinin günahı ucbatından əməkhaqqı verilmir ki, müəllimlər məzuniyyətdədir. Anaların hüquqları pozulur. Xahiş edirik, bu məsələni aydınlaşdırasınız.

Ünbülbəni MUSAYEVA,

Şərur BHİK-in sədri.

- Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri və vəzifəsi (peşəsi) saxlanılır. Sosial məzuniyyət də işçilərin məzuniyyət hüququnun bir növüdür. Uşağa bilavasitə qulluq edən şəxs bu məzuniyyət hüququndan ərizəsi əsasında tam və ya hissə-hissə istifadə edə bilər və bu halda onun iş yeri saxlanılır.

Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Həmin Məcəllənin 12-ci maddəsinin a) bəndinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənlərin əsas vəzifəsi və məsuliyyətidir.

Nəzərinizə çatdırırıq ki, qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqdan sonra işəgötürənin əmri ilə həmin tarixdən işçilər işdə hesab olunmalı və həmin gündən əmək müqaviləsində müəyyən olunmuş qaydada əməkhaqqı hesablanmalı və ödənilməlidir. Bu halda əməkhaqqının ödənilməməsi barədə qanunvericilikdə bir müddəa yoxdur.

 

İşçinin əmək müqaviləsinə xitam verilərkən məzuniyyət hüququ necə tənzimlənməlidir?

Elvira MƏMMƏDLİ,

Sumqayıt şəhəri.

- Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu məzuniyyətdən istifadə etmək istəmədikdə, ona Əmək Məcəlləsinin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Bu maddəyə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərə, əmək stajına görə əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

 

İşçinin attestasiyadan keçməməsi onun    işdən çıxarılmasına əsas verə bilərmi?

    

Çinarə QULAMOVA,

Qusar rayonu.

- Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin bənddə deyilir: “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər”.

ETİKETLƏR: