Nəqliyyat işçilərinin aksiyası
eyd olunur ki, iş gününün ağır olması bir çox sürücünün sağlamlığına da təsir göstərib. Onların işdən qalması digər sürücülərin də məşğulluğuna təsirsiz ötüşməyib.

Niderlandda ictimai nəqliyyat işçiləri fevralın 22-də tətil ediblər. Daha bir aksiya isə fevralın 24-də keçiriləcək. “FNV” həmkarlar ittifaqından bildirilib ki, etiraza səbəb maaşların azlığı və iş yükünün çox ağır olmasıdır.
Həmkarlar ittifaqı kollektiv müqaviləyə yenidən baxılmasını, maaşların artırılmasını və iş yükünün azaldılmasını tələb edib. Qeyd olunur ki, iş gününün ağır olması bir çox sürücünün sağlamlığına da təsir göstərib. Onların işdən qalması digər sürücülərin də məşğulluğuna təsirsiz ötüşməyib.
İctimai nəqliyyatın idarə edilməsində bu fəaliyyət növü gəlirinin az olması ilə seçilir. Bundan əlavə, koronavirus pandemiyasından sonra nəqliyyat şirkətlərinin əhəmiyyətli bir hissəsi zərər görüb və hələ də onlara heç bir yardım edilməyib.