Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Hər bir ərizə və şikayət diqqətdə saxlanılır”

Bu sözlər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin iclasında deyildi

01.03.2023 10:28
41
A+
A-

Fevralın 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

İclasa Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib. S.Möhbalıyev gündəlikdə duran “ATİAHİ Respublika Komitəsinin 2022-ci ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə”, “2022-ci ildə “ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “2022-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə” və “Ali məktəblərdə “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin keçirilməsi barədə” məsələləri diqqətə çatdırıb.

Birinci məsələ ilə bağlı çıxış edən Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov bildirib ki, 2022-ci ildə sahə həmkarlar ittifaqı üzvlərinin sayı 403484 nəfərə çatdırılıb. Bu da ali təhsil müəssisələrində tələbələrin və təhsil işçilərinin sayının artması hesabına mümkün olub. İttifaq üzvlərinin say tərkibində zərif cinsin nümayəndələri çoxluq təşkil edir. Rəqəmlərin dili ilə desək, ittifaq üzvlərinin 275153 nəfəri qadınlardır. 2023-cü ilin 1 yanvar tarixinə olan məlumata görə, həmkarlar ittifaqının seçkili orqanlarında 38558 nəfər həmkarlar ittifaqı fəalı qeydiyyata alınmışdır ki, onlardan da 23186 nəfəri qadın, 5204 nəfəri gənclərdir.

2022-ci ildə Respublika Komitəsinin xidmətində olan 5 771 ilk təşkilatda həmkarlar ittifaqı komitəsi ilə müdiriyyət arasında kollektiv müqavilə bağlanıb. İttifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiə olunmasına xidmət edən kollektiv müqavilələr 298747 nəfər ittifaq üzvünü əhatə edib.

Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə “2022-ci ildə “ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə” məruzə edib. Bildirib ki, 2022-ci il ərzində ATİAHİ Respublika Komitəsinə və onun xidmətində olan üzv təşkilatlara daxil olan ərizə və şikayətlərə baxılmış, vətəndaşları narahat edən məsələlər dərindən araşdırılmışdır.  Ümumilikdə 72729 ərizə daxul olub və onların 69605-i müsbət həll edilmişdir. 2022-ci ildə Respublika Komitəsinə əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olan 516 ərizənin 318-i müsbət həllini tapıb. Daxil olan ərizələrin 13-ü işə bərpa ilə əlaqədar olub, 10 nəfər ittifaq üzvü öz əvvəlki işinə bərpa edilib. Ötən il ümumilikdə 7726 ittifaq üzvü sahə Hİ-nin vəzifəli şəxsləri tərəfindən qəbul edilib, problemlərinin həlli istiqamətində onlara yardım göstərilib. 2022-ci ildə Respublika Komitəsinə həmkarlar ittifaqı üzvlərindən və təhsil alan gənclərdən ümumilikdə 887 ərizə daxil olmuşdur ki, bunun da 702-si müsbət həll edilmişdir.

Gündəliyə daxil edilən digər məsələlər barəsində də məlumat verildikdən sonra hər biri ilə bağlı müvafiq qərarlar qəbul edildi.

Müzakirə olunan məsələlərə münasibət bildirən ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev hər bir ərizə və müraciətə diqqətlə yanaşılmasını qeyd edib. Deyib ki, eyni zamanda ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılmalı, onları narahat edən problemlərin həllinə köməklik göstərilməlidir. Həmçinin şəhid ailələrinin, onların övladlarının problemləri daim diqqətdə saxlanılmalıdır. Demək olar ki, imkanımız daxilində onlara hər cür dəstəyi verməyə çalışırıq. Həm adi, həm də əlamətdar günlərdə şəhid ailələrinə baş çəkilir, bayram hədiyyələri, yardımlar təqdim olunur və bu kimi tədbirlərimiz mütəmadi xarakter daşıyır. Biz indiyə kimi 202 şəhidin 347 övladını himayəyə götürmüşük. Hər ay onların hesabına pul köçürülür. Düzdür, onlar dövlətimiz tərəfindən hərtərəfli himayə olunur, amma biz də, ictimai təşkilat olaraq, onlara hər cür dəstək göstərməliyik. Həmkarlar ittifaqları üzvləri ilə yanaşı, şəhid ailələri, qazilər də yollayışlarla təmin edilir. Onların istirahətləri, müalicələri üçün istirahət mərkəzlərinə, sanatoriyalara yollayışlar veririk. Biz ümumilikdə, həmkarlar ittifaqı təşkilatları olaraq, istər pandemiya, istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrlərdə həssas əhali qruplarına müxtəlif yardımlar etmişik. Bu işlər bundan sonra da davam etdirilməlidir.

Sonda ATİAHİ Respublika Komitəsinin sədri Rəyasət Heyəti üzvlərinə bir sıra tövsiyə və tapşırıqlarını verdi.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR:

Foto