Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uğurlara doğru birgə addımla

.

01.03.2023 10:58
27
A+
A-

Fevralın 24-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin xidmət sahəsinə daxil olan Cabbar Qaryağdıoğlu adına 9 №li Uşaq Musiqi Məktəbində Azərbaycan Həmkarlar    İttifaqları Konfederasiyasının (AHİK) 30 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir MİHİ Respublika Komitəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

MİHİ RK-nın Mədəni-kütləvi işlər üzrə şöbəsinin müdiri Əfsanə Gülməmmədova çıxış edərək bildirib ki, AHİK-in bu illər ərzində əldə etdiyi uğurlar Konfederasiyanın üzv təşkilatları və sahə həmkarlar ittifaqlarının birgə fəaliyyəti sayəsində qazanılmışdır.

O, təmsil etdiyi qurumun üzvlərinin hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi, çalışan qadınlar və gənclər arasında işin təşkili, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb. Həmçinin əlavə edib ki, Respublika Komitəsi AHİK-in keçirdiyi müxtəlif müsabiqələrdə iştirak edib və qaliblər sırasında olub.

Ə.Gülməmmədova qeyd edib ki,  bu gün dövlət səviyyəsində və möhtərəm Prezidentimizin dəstəyi ilə Azərbaycanda həmkarlar     ittifaqı təşkilatlarının fəaliyyətinə xüsusi diqqət yetirilir.  Bu diqqət və qayğının bir nümunəsi də ölkə başçısının Sərəncamı ilə AHİK-in 30 illiyi münasibətilə ölkədə həmkarlar hərəkatının inkişafında xidmətlərinə görə Konfederasiyanın bir qrup əməkdaşının təltif edilməsidir.

ETİKETLƏR: