Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Atilla” İdman Klubu komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb

“Atilla” İdman Klubu “Neftçi” İdman Klubuna (5:1 və 4:2 hesabı ilə) qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

01.03.2023 14:39
14
A+
A-

Fevralın 24-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində U-21 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinin qarışıq komanda yarışı baş tutub.

Yarışda 2 komandadan 18 idmançı medallar uğrunda mübarizə aparıb. Qızlar -57 kq., -70 kq. və +70 kq. çəki dərəcələrində, oğlanlar isə -73 kq., -90 kq. və +90 kq. çəki dərəcələrində güclərini sınayıblar.

“Atilla” İdman Klubu “Neftçi” İdman Klubuna (5:1 və 4:2 hesabı ilə) qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

***

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində cüdo üzrə 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinin fərdi yarışları keçirilib. 64 klub, cəmiyyət və idman təşkilatından olan 245 cüdoçu medallar uğrunda mübarizə aparıb. Yarışda 16 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə “Neftçi” İdman Klubu, 2-ci yerə “Atilla” İdman Klubu, 3-cü yerə isə “Kanokan TT” İdman Klubu layiq görülüb.

ETİKETLƏR:

Foto