“Məhsul” İdman Cəmiyyətinin xanım cüdoçuları fərqləniblər
Qeyd edək ki, hər iki cüdoçu xanım məşqçi-müəllim Mətanət Süleymanovanın yetirmələridir.

Cüdo üzrə 18 yaşa qədər yeniyetmə qızlar arasında Azərbaycan Cüdo Federasiyası Kuboku keçirilib. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 72 idmançı 9 çəki dərəcəsində mübarizə aparıb. Yarışda iştirak edən “Məhsul” İdman Cəmiyyətinin yetirməsi Zeynəbxanım Əsədova -70 kq. çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci olub.
***
“Məhsul” İdman Cəmiyyətinin digər yetirməsi Fidan Əliyeva isə 21 yaşa qədər gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində ikinci yeri tutub. O bu nəticəni -52 kq. çəki dərəcəsində mübarizə apararaq qazanıb.
Qeyd edək ki, hər iki cüdoçu xanım məşqçi-müəllim Mətanət Süleymanovanın yetirmələridir.