Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hüquqi dövlət konsepsiyasının memarı

Daha sonra qarşıdan gələn Novruz bayramı münasibətilə hamını ürəkdən təbrik edən Habil Qurbanov ibtidai sinif şagirdlərinə 50 ədəd Novruz şənliyi biletini də hədiyyə etdi.

15.03.2023 12:19
16
A+
A-

General Ə.Şıxlinski adına 135 saylı orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfa Qurbanova Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolu, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi  haqqında məlumat verdi. O bildirdi ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedaqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olub. Bu gün bu müasir məktəbdə keçirilən tədbir də Ulu Öndərin xatirəsinə olan kiçik bir ehtiramın nümunəsidir.

Sonra AMEA Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, Əməkdar müəllim, filologiya üzrə elmlər doktoru Hüseyin Əsgərov, Bakı Slavyan Universitetinin Diplomatiya və xarici siyasət kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, dosent Əsgər Əhməd Ulu Öndərin ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məruzə etdilər.

Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa ili”ndə Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlarına görə Fəxri Fərmanla təltif edilmiş professor Habil Qurbanov “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” adlı məruzəsində bildirdi ki, bir dövlətin ədalətli, əbədi və güclü olmasının ilkin şərti onun hüquqa əsaslanmasıdır. H.Əliyev hər zaman hüquqi dövlət quruculuğunu dövlət idarəçiliyinin əsas prioriteti kimi görürdü. Yeni müstəqillik qazanmış bir dövlətdə bunu qısa müddətdə və qüsursuz həyata keçirmək məhz Heydər Əliyev kimi Liderin öhdəsindən gələ biləcəyi ağır və məsuliyyətli bir iş idi. Müstəqil Respublikamızda Konstitusiyanın, xarici və daxili siyasətimizi yönəldən normativ-hüquqi aktların, qanunların qəbulu, sərəncamların işlənib hazırlanması bu dahi şəxsiyyətin ömür payına düşdü. Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dinamik şəkildə inkişaf edən dövlətimizin malik olduğu hüquqi dövlət konsepsiyasının memarı Ulu Öndər Heydər Əliyevdir!

 Daha sonra qarşıdan gələn Novruz bayramı münasibətilə hamını ürəkdən təbrik edən Habil Qurbanov ibtidai sinif şagirdlərinə 50 ədəd Novruz şənliyi biletini də hədiyyə etdi.

Tədbirdə məktəb şagirdləri ilə bərabər, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Yeni Azərbaycan Partiyasının gənc fəalları, 276 saylı məktəbin direktoru Bəhram Şiriyev, 135 saylı məktəbdə təcrübə keçən ADPU və BSU-nun tələbələri, məktəbin pedaqoji heyəti iştirak etdilər. Tədbirin sonunda məktəb şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyev haqqında şeir nümunələri dinlənildi.

ETİKETLƏR: