Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


UAMİF-in vitse-prezidenti vəzifəsinə seçildi

Qurultayda Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti Bəkir Yusifov Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının (UAMİF) vitse-prezidenti vəzifəsinə seçildi.

15.03.2023 12:20
5
A+
A-

Martın 6-da Türkiyənin Ankara şəhərində Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının (UAMİF) Mərkəzi Komitəsinin iclası keçirilmişdir. İclasda Federasiyanın növbəti X qurultayının gündəliyi təsdiq olundu. Eləcə də 2023-cü ildə üzv təşkilatlar tərəfindən üzvlük haqlarının ödənilməsi vəziyyəti, təlim seminarları proqramının təşviqi və sair haqqında məsələlərə baxıldı, hesabatlar dinlənildi.

Martın 7-də Ankara şəhərində “Grand Mercure” otelində  Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının X qurultayı keçirildi. Türkiyənin Əmək və əhalinin sosial müdafiəsi naziri Vedat Bilgin və Türk Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalayın iştirakı ilə keçən qurultayda UAMİF-in prezidenti vəzifəsinə Pevrul Kavlakın namizədliyi irəli sürüldü və yekdilliklə dəstəkləndi.

Qurultayda Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti Bəkir Yusifov Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının (UAMİF) vitse-prezidenti vəzifəsinə seçildi.

 

ETİKETLƏR: