Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bir qrup qadın mədəniyyət işçisi ilə görüş

Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsini icra edən Dadaş Muxtarlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını təbrik edib.

15.03.2023 14:28
5
A+
A-

Martın 6-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı Rayon Komitəsinin təşəbbüsü ilə bir qrup qadın mədəniyyət işçici ilə görüş keçirilib.

Rəsmi hissədən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qadınların çalışdıqları sahələrdə uğur qazanmaları üçün ölkəmizdə şəraitin yaradıldığını bildirib. Dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərildiyini, onların əməyinin mütəmadi olaraq yüksək qiymətləndirildiyini vurğulayan idarə rəisi yekunda mədəniyyət sahəsində çalışan bütün qadınları bu əlamətdar gün münasibətilə təbrik edərək onlara həyat və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Masallı rayon komitəsinin sədri Vəkil İsmailov mədəniyyət sahəsində çalışan qadınların əmək hüquqlarının qorunması, onların sosial cəhətdən dəstəklənməsi sahəsində görülmüş digər işlərdən söz açıb. Ümummilli Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini qeyd edən V.İsmailov bildirib ki, həmin siyasət bu gün ölkə Prezidenti   İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsini icra edən Dadaş Muxtarlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını təbrik edib.

Yekunda mədəniyyət sahəsində fərqlənən 70 qadına hədiyyələr təqdim olunub.

 

ETİKETLƏR: