Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Döyüş ruhu ilə tarix yazanlar

.

15.03.2023 15:00
7
A+
A-

İsmayıllıda  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nəşr etdirdiyi “Qəhrəman Təhsil İşçiləri” kitabının təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, YAP Gənclər İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin məsul əməkdaşları, şəhid müəllim Famil Əhmədzadənin ailə üzvləri, Vətən müharibəsində iştirak etmiş 20 nəfər təhsil işçisi və şagirdlər iştirak etmişlər. Əvvəlcə şəhər 3 N-li məktəb liseydə şəhidlər üçün yaradılmış “Xatirə Kompleksi”nin üstünə tər çiçəklər qoyuldu, sonra məktəbdə şəhid müəllim Famil Əhmədzadənin adına verilmiş tarix-diyarşünaslıq muzeyi ziyarət olundu.

Tədbir çay stolunun arxasında davam etdi. Döyüş iştirakçıları döyüş epizodlarından xatirələr söylədilər və nəfis şəkildə tərtib olunmuş kitaba görə Respublika Komitəsinə, xüsusən sədr, millət vəkili Səttar Möhbalıyevə öz minnətdarlıqlarını bildirdilər. Sonda Vətən müharibəsi iştirakçılarına təşəkkürnamə və hədiyyələr     verildi, xatirə şəkilləri çəkildi.

 

Hafiz KƏRİMOV,

TİAHİ İsmayıllı RK-nın sədri

 

ETİKETLƏR: