Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ali təhsil müəssisələrinin tələbələri arasında

XV Respublika Universiadası

15.03.2023 15:35
9
A+
A-

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının, Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş XV Respublika Universiadası keçirilir.

Universiadanın proqramına idmanın 7 növü ( şahmat (kişi, qadın), dama (kişi, qadın), voleybol (kişi, qadın), stolüstü tennis (kişi, qadın), badminton (kişi, qadın), cüdo (kişi), yunan-Roma və sərbəst güləş (kişilər)) üzrə  yarışlar daxildir.

Martın 1-də AHİTA İctimai Birliyinin “Şahmat-Dama” İdman Klubunda şahmat yarışı ilə universiadaya start verilib. Yarışda 15 ali təhsil müəssisəsinin tələbələri iştirak ediblər. Yekun nəticəyə görə, Azərbaycan Tibb Universitetinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları birinci yeri tutub. Bakı Mühəndislik Universitetinin tələbələrdən ibarət komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə üçüncü yerdə qərarlaşıb.

Martın 3-də keçirilən dama (kişi, qadın) yarışında isə qalib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası olub. Sumqayıt Dövlət Universitetinin və Bakı Dövlət Universitetinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

 Qeyd edək ki, dama yarışında 12 komanda iştirak edib.

Universiadanın əsas məqsədi tələbələr arasında bədən tərbiyəsi və idmanın təşviqidir.

ETİKETLƏR: