Şəhid ailəsi ilə görüş
Ziyarət zamanı Kollecin Həmkarlar İttifaqı Təşkilatının sədri Məlahət Əsgərova tərəfindən şəhidin ailəsinə maddi yardım təqdim edilib.

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Həmkarlar İttifaqı Təşkilatının bir qrup üzvü II Qarabağ müharibəsi şəhidi Qocayev Asif Yolçu oğlunun ailəsi ilə görüşüb. Görüşdə Asifin həyatı, keçdiyi döyüş yolu, torpaqlarımızın azad olunması uğrunda göstərdiyi şücaəti haqqında danışılıb. Vurğulanıb ki, Vətən qarşısında misilsiz xidmətlər göstərən, şəhidlik zirvəsinə ucalan Asifin qəhrəmanlığı xalqımızın qəlbində əbədi yaşayacaq.
Ziyarət zamanı Kollecin Həmkarlar İttifaqı Təşkilatının sədri Məlahət Əsgərova tərəfindən şəhidin ailəsinə maddi yardım təqdim edilib.
Qeyd edək ki, Asif Qocayev Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatları zamanı göstərdiyi şücaətə və rəşadətə görə, ölkə başçısının sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.