Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid Alim İbrahimovun xatirəsinə həsr olunmuş yarış

Tədbir iştirakçıları öncə şəhidin  xatirə lövhəsinin önünə gül dəstələri düzdülər. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

15.03.2023 16:28
7
A+
A-

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində  Qarabağ müharibəsində şəhid olmuş Alim İbrahimovun xatirəsinə həsr edilmiş dama yarışı keçirildi.

Tədbir iştirakçıları öncə şəhidin  xatirə lövhəsinin önünə gül dəstələri düzdülər. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri MİHİ Göyçay Rayon Komitəsinin sədri Nəriman Məlikov açaraq məktəbdə qarmon müəllimi işləmiş Alim İbrahimovun həyat yolundan danışdı. Qeyd etdi ki, vaxtaşırı olaraq şəhidlərimizin xatirəsi kollektiv tərəfindən yad edilir. Bugünkü stolüstü dama yarışı da şəhidimizin əziz xatirəsinə ehtiramımızın nümunəsidir.

Üç turdan ibarət olan yarışda 26 qadın mübarizə apardı. Uşaq Musiqi Məktəbinin müəllimləri Aygün Mahmudova I, Elnarə Mehdiyeva II, Elnarə Hacıyeva isə III yerin qalibi oldular.

Qaliblərə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi.

 

Xalidə AĞAYEVA,

Arif Məmmədov adına 

Göyçay Rayon Uşaq Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsinin sədri

ETİKETLƏR: