Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Rəqiblər məlum oldu

Məlumat üçün deyək ki, nizamnaməyə əsasən, yarışların ilkin mərhələsində 18 komanda 3 qrupda mübarizə aparacaq.

29.03.2023 12:01
17
A+
A-

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar spartakiada keçirəcək. Artıq neçə müddətdir ki, final görüşləri Ümummilli Liderin ad günü ərəfəsində baş tutacaq spartakiadaya hazırlıq işləri görülür.

Martın 29-da AHİK-in kiçik zalında Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehtiyevin, “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti Respublika Şurasının sədri Yavər Camalovun, oyunların baş hakimi Feyzulla Feyzullayevin iştirakı ilə spartakiadanın minifutbol üzrə yarışlarının püşkatma mərasimi keçirildi. Püşkatmadan sonra iştirakçı komandalara yarışların qaydaları barədə məlumat verildi. İştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Məlumat üçün deyək ki, nizamnaməyə əsasən, yarışların ilkin mərhələsində 18 komanda 3 qrupda mübarizə aparacaq.

 Spartakiadanın proqramına daxil olan şahmat, dama və stolüstü tennis üzrə yarışların püşkatma mərasimi isə martın 16-da təşkil edilmişdi.

ETİKETLƏR:

Foto