Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İntellektual yarış keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Qazax rayon mədəniyyət müəssisələrinin əməkdaşları arasında “Zamanın dühası - 100” adı altında intellektual yarış keçirilib.

29.03.2023 12:10
9
A+
A-

“Heydər Əliyev İli” çərçivəsində Qazax rayon mədəniyyət müəssisələrinin əməkdaşları arasında “Zamanın dühası - 100” adı altında intellektual yarış keçirilib.

Rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan oyunda ilk olaraq Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov yarış iştirakçılarına uğurlar arzulayıb.

Mərkəzin direktoru Ceyhunə Hüseynova Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin xüsusi rolu olduğunu qeyd edib.

Sahə Hİ Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətindən danışıb. İ.Qurbanov qeyd edib ki, Heydər Əliyevin doğma xalqına həsr edilmiş ömrü hər birimiz üçün bir məktəbdir.

Sonra yarışın şərtləri haqqında məlumat verilib. Rayonun mədəniyyət müəssisələrində çalışan əməkdaşlar 8 komanda, hər komandada 5 iştirakçı olmaqla, 3 mərhələdə mübarizə aparıblar.

İştirakçılara Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 60 sual verilib. Münsiflər heyəti yarışın gedişatını yaxından izləyib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda rayon mədəniyyət mərkəzinin komandası 1-ci yerə layiq görülüb. Qalibə xüsusi mükafat, digər iştirakçılara isə sertifikatlar və hədiyyələr verilib.

ETİKETLƏR: