Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qərbi Balkan ölkələrinin həmkarlar ittifaqları həmrəylik ifadə edirlər

Həmkarlar ittifaqı liderləri 2024-cü ildə EPSU-nun Konqresinə hazırlığı da müzakirə ediblər. Həmçinin bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb ki, onlar aşağıdakılardır:

29.03.2023 12:23
8
A+
A-

Martın 23-ü və 24-də Macarıstanın paytaxtı Budapeştdə Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Birliyinin (EPSU) Mərkəzi Avropanın Qərbi Balkan Bölgəsi üzrə regional iclası keçirilib. İclasa Monteneqro Səhiyyə İşçiləri Həmkarlar İttifaqından İvana Brenkova və Vladimir Paviçeviç sədrlik ediblər.

Tədbirdə bildirilib ki, Qərbi Balkan ölkələrində həmkarlar ittifaqına üzvlüyün tempi sabit deyil. Bəzi ölkələrdə həmkarlar ittifaqı sıraları artır  və yeni yerli birliklər yaradılır, digərləri isə tənəzzülə uğrayır.

EPSU-nun Təşkilat Qrupu həmkarlar ittifaqları üçün müsbət nəticələrə gətirib çıxaran strateji planlar üzərində işləmək məqsədilə yanaşma və imkanları izah edib. Çexiyada tibbi və sosial işçilərin, Macarıstanda isə uşaq baxıcılarının işinə dair təqdimatlar olub.

Həmkarlar ittifaqı liderləri 2024-cü ildə EPSU-nun Konqresinə hazırlığı da müzakirə ediblər. Həmçinin bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb ki, onlar aşağıdakılardır:

-Bütün ölkələrin Avropa İttifaqına (Aİ) üzv olmağa can atmasına və ya artıq üzv olmasına baxmayaraq, regionun bir çox ölkələri Avropa Şurasının kollektiv şikayətlər mexanizminə qoşulmayıb;

-bəzi ölkələrdə Aİ-nin sosial direktivlərinin effektiv icrasının olmaması;

-pensiya yaşının, Çexiyada olduğu kimi, çox vaxt məsləhətləşmədən qaldırılması.

Həmçinin qeyd olunub ki, sağlamlıq və təhlükəsizliyin Konqresin gündəliyinə daxil edilməsi vacibdir. İşçilər üçün təkmilləşdirmələr Aİ səviyyəsində qanunvericilik yolu ilə həyata keçirilə bilər.

İclasda EPSU-nun nizamnaməsinə dəyişikliklər də müzakirə olunub.

Tədbirdə EPSU-nun Baş katibi Jan Villem Goudrian və üzv təşkilatların nümayəndələri də çıxış  ediblər.

Qeyd edək ki, Mərkəzi Avropanın Qərbi Balkan Bölgəsinə Bosniya və Herseqovina, Xorvatiya, Çexiya, Macarıstan, Kosova, Monteneqro, Şimali Makedoniya, Serbiya, Slovakiya və Sloveniyanın həmkarlar ittifaqları daxildir.

ETİKETLƏR: